Din xadiminin narkoman və manyak olduğu üzə çıxdı
İtaliyanın Cenoa şəhəri yaxınlığındakı Sestri qəsəbəsində yerləşən “Santo Spirito Ponente” kilsəsinin keşişi Rikardo Sepia pedofillikdə və narkotikdən istifadədə təqsirli bilinərək, həbs edilib.
Lent.az-ın “habertürk”ə istinadla verdiyi xəbərə görə, bu azmış kimi, keşişin satanist olduğu da iddia edilir. Gerçək keşişin telefon danışıqlarının dinlənilməsi ilə üzə çıxıb. Bölgədəki narkotranzitlə bağlı araşdırma aparan polislər bir müddət öncə məlum keşişin telefonlarını dinləməyə başlayıbmış. Keşiş “necə olur ki, narkotik istifadəçisi və uşağını satmağa hazır bir ailə tapa bilmirsiniz? Mən 14 yaşdan aşağı istəyirəm. Mənə 10 yaşında bir uşaq tapın” deyib.
Sepianın 18 yaşından kiçiklərə pul qarşılığında seks təklif etdiyi iddia olunur.
Ancaq ittihamlar bununla bitmir. Sepianın satanist olduğu da dilə gətirilir. Keşişin kürəyində satanizmin simvollarından olan yeddi oxlu günəş fiqurunun döymə olaraq yer aldığı və satanizmə meylli ola biləcəyi iddia olunur.
İtaliya Yepiskoplar Birliyinin sədri Kardinal Angelo Baqnasco isə deyib ki, əgər bu hadisə gerçəkdirsə, kilsənin üzündə bir yaradır.
Keşişin pedofil və narkotik istifadəçisi olması isə qəsəbə sakinlərini ayağa qaldırıb. Onlar qəsəbədə protestlərə başlayıblar.

798