İranda Əhmedinejata veto
20 may 2011 16:54 (UTC +04:00)

İranda Əhmedinejata veto

Lent.az-ın məlumatına görə, Şura bu qərarı qanuna ziddi hesab etdiyini açıqlayıb və Əhmədinejata veto qoyub.


Qeyd edək ki, prezident neft naziri Məsud Mir Kazımini vəzifədən kənarlaşdıraraq, nazirin səlahiyyətlərini özü icra edib. Lakin Konstitusiyaya Nəzarət Şurası qərarı Konstitusiyanın 135-ci maddəsinə zidd hesab edərək, nazirliyə başqa bir şəxsin təyin edilməsini istəyib.

Bu qərardan sonra Əhmədinejatın neft naziri vəzifəsinə müvəqqəti olaraq başqa birini təyin etməsi və 3 ay ərzində də yeni naziri tapması lazımdır. Prezidentin bu vəzifəyə təyin edəcəyi şəxs də eyni zamanda, Milli Məclisin də təsdiqini almalıdır.


Xatırladaq ki, İran prezidenti “Beşinci beş illik inkişaf planı” çərçivəsində nazirlik sayını 21-dən 17-yə endirmiş və neft nazirini işdən çıxarmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar