Qiyamət bu gün başlayacaq?
Amerikada yaşayan 89 yaşlı məşhur keşiş Harold Kempinq qiyamət gününün gözləniləndən daha yaxın olduğunu düşünür və hətta konkret tarix də verir: 21 may 2011, saat 18.00-da. Onun dediyinə görə, mayın 21-də dünyanı çox böyük bir zəlzələlər cənginə alacaq və qiyamət başlayacaq. Proses 5 ay davam edəcək, dünyanın sonu 21 oktyabr 2011-də olacaq.
Amerikanın 100 milyon dollarlıq kapitala malik “Family” radiosunun verdiyi xəbərə görə, Kemplinq də daxil olmaqla Oklandda yaşayan 10 xristian, bu xəbəri hər kəsə çatdırmaq üçün ailələrini qoyub, var-yoxlarını satıb karvanlarla yola çıxıblar. Onlar sarı köynəklər geyərək ölkə-ölkə gəzməyə, insanları xəbərdar etməyə başlayıblar.
"Karvan Proyekti" olaraq tanınan bu kampaniyaya qatılanlar, özlərini “elçi” adlandırırlar və insanları əllərindəki tarixin doğruluğuna inandırmağa çalışırlar. Onlar bildirirlər ki, bu proses zamanı əhalinin ancaq 2 faizi səmaya (cənnətə) qalxacaq, digərləri isə əks istiqamətdə gedəcəklər.
Bir neçə gün öncə “CNN”ə müsahibəsində qrupun lideri, 89 yaşlı Harold Kampinq “Tarix dəqiqdir, çünki İncildə də bu barədə işarələr var və müqəddəs kitab yalan yazmaz” deyib. Kempinqin sözlərinə görə, o, müqəddəs kitab olan İncildə gizli olan gələcəyi xəbər vermə yollarını riyazi üsullarla açıb.
Onun hesablamalarına görə, bu il mayın 21-də İsa peyğəmbərin çarmıxa çəkilməsindən 722500 gün ötəcək. Keşişin iddiasına görə 722500 önəmli rəqəmdir. Çünki o 3 müqəddəs rəqəmin (5,10,17) birinin digərinə 2 dəfə vurulmasından alınır.
Kempinqin ehtimalları Amerikada televiziya və radiolarda, qəzet-jurnallarda, reklam şitlərində tirajlanır. 89 yaşlı keçmiş mühəndis gündəlik olaraq "Family Radio"da tərəfdarlarına müraciətlər edir. Britaniya qəzetinin yazdığına görə, məhz adıçəkilən radio “Qiyamət günü”nün yaxınlaşması barədə məlumatları maliyyələşdirir. Bu kampaniyada 2 mindən artıq reklam lövhələrindən istifadə edir.
"Cəmiyyətdəki bütün bu oğurluqlar, yalanlar, cinsi əxlaqsızlıqlar, mavilərin paradları, hər cür pisliklər bizə nə isə deyir. Tanrı bütün bunları sonun əlaməti kimi göndərir" - deyə, Kempinq vurğulayıb.
Qrupun liderlərindən olan Tom Evansa görə, 1948-ci ildə İsrailin qurulması, kilsələrin İncilin doğru izahından yayınması və homoseksuallıq kimi əxlaqsızlıqların artması zatən qiyamətin müjdəçisi idi.
“Pew” araşdırma şirkətinin keçən il keçirdiyi sorğuya görə, xristian amerikalıların 40 faizindən çoxu yaxın 40 il ərzində qiyamətin başlayacağına inanır. Lakin son günlərdə müşahidələr göstərir ki, yevangelistlərin qızğın xəbərdarlıq kampaniyalarına baxmayaraq, əhali arasında təşviş halları yaranmayıb.
Xatırladaq ki, protestantlığın radikal qanadı olan Yevangelistlər bundan öncə qiyamət gününün 1994-cü ilin 4 sentyabrında olacağını iddia edirdilər. Həmin tarixdə heç bir qlobal fəlakət baş vermədikdə onlara qarşı yalançılıq ittihamları irəli sürüldü. Qrupun rəhbəri isə bunu sadəcə bir hesablama səhvi kimi izah edir və bu dəfə yanılmadıqlarını iddia edir.
1994-cü il sentyabrın 6-da onun yüzlərlə dinləyicisi İsa peyğəmbərin gəlişini gözləyirdi. Keçmiş mühəndis bu iddialarının doğru çıxmamasını o vaxt İncili dəqiq öyrənməməsi ilə izah edib, indi isə Tanrının ona sübut verdiyini deyir.
Bu il həm də Nuhun tufanından 7000 il ötür. O tufan zamanı Tanrı bütün yer üzün silmişdi. Neçə vaxtdır ki, dünya mətbuatında bununla bağlı yazılar yer alır. Maraqlıdır ki, 7 rəqəmi bizim folklorumuzda və qədim dini görüşlərimizdə böyük önəm daşıyır. Bu rəqəm türklərdə mistik yüklü müqəddəs rəqəm hesab edilir.
Yaradılış kitabı (7: 11). Nuh 600 yaşındaykən, həmin ilin 2-ci ayının 17-ci günü ənginlərin bütün qaynaqlarından su fışqırdı, göylərin qapaqları açıldı. Tanrı 600 ildən 7 gün keçmiş 2-ci ayın 17-ci günündə Nuhun ad gününə təsadüf edəcək şəkildə tufan yaratdı. Həmin gün Tanrı, Nuha gəmi nazil etdi və gəminin içindəkilərin tam təhlükəsiz olacağını söylədi.
Yaradılış kitabı (7: 16, 17). Gəmiyə girən heyvanlar Tanrının Nuha buyurduğu kimi erkək və dişi idi. Tanrı Nuh gəmiyə girəndən sonra qapını bağladı. Tufan 40 gün davam etdi.
Yaradılış (7: 24). Sular 150 gün boyunca yer üzünü örtdü.
Yeşeya (26: 21). Qiyamət Günü yaxınlaşır. 21 May 2011-ci ildə dünyada yaşayan hər kəs üçün 5 ay davam edəcək qorxunc bir əzab başlayacaq. Tanrı həmin gün bütün ölüləri məzarlarından qaldıracaq. Artıq torpaq ölüləri gizləyə bilmədiyindən, bütün dünyanı zəlzələlər cənginə alacaq. Tanrının rəhmini alaraq ölən insanlar bədənlərinin dirilməsini istəməyəcəklər və dərhal Tanrı ilə birlikdə olmaq üçün bu dünyanı tərk edəcəklər. Rəhm almayan ölülər də dirildiləcəklər, ancaq cansız bədənlərini bütün dünyaya səpələnmiş halda görəcəklər. Ölüm hər yerdə olacaq.
Bütün bunlara inanmayanlar inananlardan milyonlarla dəfə çoxdur. Spektiklər bu açıqlamaları sadəcə zarafat hesab edirlər. Lakin məşhur keşişin tərəfdarları müqəddəs kitablarda qeyd olunan qiyamət gününün əlamətlərinin demək olar ki, hamısının artıq müşahidə edildiyini iddia edərək dünyanın yaxın 1-2 il ərzində məhv olacağına inanırlar.
Qeyd edək ki, Kempinqin bütün dünyada 10 mindən çox tərəfdarı var. Onların sayı hər gün artır. Bir sıra qədim dini mətnlərdə də analoji öncəgörmələrin yer aldığı qeyd olunur. Məsələn, Vedalara görə, bu ildən başlayaraq Yerdə böyük proseslər başlayacaq və hər şey dəyişəcək.
Tanınmış ilahiyyatşünas və qədim dini mətnlərin araşdırmaçısı Babək Allahverdiyev Lent.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, Yer üzündə qiyamət gününün baş verməsi yox, dünyəvi miqyasda böyük dəyişikliklərin baş verəcəyi qənaətindədir. Araşdırmaçı böyük təbii fəlakətlərin baş verəcəyi ehtimalını istisna etməsə də, bəşəriyyətin tamam məhv olacağı haqda deyilənlərin heç bir dinin fəlsəfəsində yer almadığını deyir.
Onun sözlərinə görə, Yerdə həyatın sona çatacağı tarix kəsinliklə 21 may 2011 və ya 2012-ci il tarixləri deyil: “Vedik astrologiyaya görə, 2011-ci il eşşək ilidir. Qədim dini mətnlərin analizindən çıxarılan nəticəyə görə, bu ilin mayından başlayaraq planetimizdə qlobal kataklizmalar başlayacaq və bu proses bir neçə il davam edəcək. Sonra isə Yerdə tamam fərqli yaşam tərzi hökm sürəcək. İnsanlar maddi elmin inkişafının daha çox canlı aləmə zərər verdiyini anlayaraq, Tanrının tövsiyyələrinə və Təbiətin qanunlarına uyğun yaşam tərzinə keçəcəklər. Daha doğrusu, ruhi elmlər inkişaf edəcək, pisliklər aradan qalxacaq, Yerdə yenidən qızıl dövr bərqərar olacaq. Vedalara görə, bu mərhələ 10 min il davam edəcək”.
Qeyd edək ki, analoji qeydlər bir sıra digər qədim mətnlərdə də yer alır. Tədqiqatçılar, mayyaların təqvimində, şumer mətnlərində, qədim hind-çin yazılarında da eyni tarixdə böyük dəyişikliklərin baş verəcəyini qeyd edirlər. Lakin Kempinq bu prosesin başlama tarixini riyazi üsullar tapdığını iddia edir - 21 May 2011, saat 18.00.
Deyilən vaxta artıq saatlar qalıb. Görək nə isə baş verəcəkmi? Yoxsa, Harold Kempinq hesablamalarında növbəti dəfə səhvə yol verdiyini etiraf edəcək? Ruslar demişkən, yaşayarıq, görərik. Bu ifadəni bir az da dəqiqləşdirsək - yaşasaq, görəcəyik.
Elçin Bayramlı

1578