Rusiya İsrail attaşesini ölkədən qovdu
19 may 2011 13:49 (UTC +04:00)

Rusiya İsrail attaşesini ölkədən qovdu

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İsrail Müdafiə Nazirliyini bu barədə rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, Leiderman ötən həftə Rusiya kəşfiyyatı tərəfindən sorğulanıb.

Vəzifəsinin iki ay sonra bitəcəyi bildirilən polkovnik haqqında İsraildə də sorğu aparılıb. Qeyd edilib ki, attaşe ötən şənbə günü ailəsiylə birlikdə İsrailə qayıdıb. O, bir restoranda yemək zamanı rus kəşfiyyatının nümayəndələri tərəfindən sorğuya alınıb və 48 saat ərzində ölkəni tərk etməsi tələb edilib. Polkovnik özü haqda casusluq iddiasını yalanlayıb və rusların onu yanlış anladığını iddia edib.

İsrail mətbuatının bu barədə xəbərlərində isə deyilir ki, Leiderman Rusiyadakı sorğu zamanı yalan detektorunun köməyi ilə də yoxlanılıb.

Xəbərlə bağlı Rusiya Xarici İşlər Nazirliyi açıqlama yaymayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 580

Oxşar yazılar