Tümendə 4 erməni güllələndi
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, öldürülənlər 30-58 yaşlarında 2 qadın və 2 kişidir. Erməniləri yaşadıqları həyət evinə maskalı daxil olan 2 nəfər güllələyib. Hüquq-mühafizə orqanları qətlin biznes və kriminal fəaliyyətlə bağlı olduğunu bildirir. Çünki öldürülən ermənilərin 2-si əvvəllər oğurluq və dələduzluğa görə mühakimə olunub. Qətlin millətlərarası münasibətlər zəminində törədilməsi versiyası real sayılmır.
441