Beynəlxalq Valyuta Fondunun prezidenti özünü öldürə bilər
18 may 2011 13:13 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun prezidenti özünü öldürə bilər

Bazar günü cinsi təcavüz ittihamı ilə həbs olunan və Nyu-York ştatındakı Raykers-Aylend həbsxanasında saxlanılan Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Dominik Stross-Kan özünü öldürə bilər. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, BVF prezidentinin psixoloji sağlamlığını yoxlayan həkimlər bu qənaətə gəliblər.

Raykers-Aylend həbsxanasın rəhbərliyi bildirib ki, Dominik Stross-Kanın özünü öldürməməsi üçün artıq xüsusi nəzarət sistemi qurulub, nəzarətçilər fasiləsiz olaraq BVF prezidentini müşahidə edirlər.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Dominik Stross-Kan dünən Nyu-York ştatındakı Raykers-Aylend həbsxanasına aparılıb. Raykers-Aylend həbsxanası eyni adlı adada yerləşir və 14 min məhbus üçün nəzərdə tutulub.

Dominik Stross-Kan bu həbsxanada məhkəmə prosesini gözləməlidir. Növbəti məhkəmə prosesi mayın 20-də keçiriləcək. BVF prezidenti təkadamlıq kamerada saxlanılır. Əgər ittiham təsdiqini taparsa, onu 74 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, şənbə günü 32 yaşlı bir qadın Manhettindəki “Sofitel” mehmanxanasında Dominik Stross-Kanın qaldığı nömrəni təmizlədiyini və bu zaman hamamdan çılpaq vəziyyətdə çıxan BVF prezidentinin onu zorladığını bildirib. Xadimə qadın baş verən olaydan sonra polis idarəsinə zəng açıb. Mehmanxanaya gələn zaman isə Dominik Stross-Kan otağında olmayıb. Polis otaqda yalnız mobil telefon və BVF prezidentinin digər əşyalarını aşkarlayıb. Yarım saat sonra isə BVF prezidenti aeroportda saxlanılıb. O, bu gün Nyu-York Məhkəməsi önünə çıxarılacaq. Dominik Stross-Kan öz günahını ya boynuna almalı, ya da inkar etməlidir. BVF prezidentinin vəkili müdafiə etdiyi şəxsin ittihamı qəbul etmədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar