İki yük maşınında 500-dən çox qeyri-qanuni miqrant aşkarlandı
18 may 2011 11:10 (UTC +04:00)

İki yük maşınında 500-dən çox qeyri-qanuni miqrant aşkarlandı

Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, Meksikanın cənubundakı Tustla-Quterres şəhəri yaxınlığında saxlanılan yük maşınındakı miqrantların məqsədi ABŞ-a getmək olub.

Polis maşının yük yerini xüsusi rentgen qurğusu ilə işıqlandırıb və bu zaman gözlənilməz mənzərənin şahidi olub. Miqrantlar bir neçə saat ərzində susuz və hava çatışmazlığı şəraitində maşınların yük yerlərində gəliblər. İçəri çox isti olub. Miqrantlar arasında 32 qadın və 4 uşaq da olub.

İnsan ticarətində şübhəli sayılan 4 nəfər saxlanılıb. Polis bildirib ki, bu, qeyri-insani şəraitdə saxlanılan qeyri-qanuni miqrantların xilas edilməsi ilə bağlı keçirilən ən böyük əməliyyatdır. Hər bir miqrant ABŞ-a keçmək üçün insan ticarətçilərinə 700 dollar ödəyib. Miqrantlar əsasən Qvatemala, Ekvador, Salvador, Çin, Yaponiya, Nepal və Hindistan vətəndaşlarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470

Oxşar yazılar