ABŞ-ın ən böyük çayı daşdı
Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, çayın deltasında yerləşən Yeni Orlean şəhəri 6 il əvvəlki “Katrina” qasırğasından sonra yenidən sel təhlükəsi ilə qarşılaşıb.
Leysan yağışlar səbəbi ilə son 75 ilin ən yüksək səviyyəsinə çatan Missisipi xüsusilə cənub ştatlar üçün böyük təhlükə yaradır. Yeni Orlean və üst kəsimindəki Baton Ruqda sel təhlükəsinin qarşısını almaq üçün daşqın önləyici sistemlər işə salınıb. Sistemin qapaqları 40 il sonra ilk dəfə açılacaq və su başqa bölgəyə yönləndiriləcək.
1927-ci ildəki böyük sel fəlakətindən sonra Missisipi boyunca qurulan bənd sistemi ilə də suyun azaldılmasına çalışılır. Ancaq yenə də bir çox yaşayış məskənində minlərlə ev su altındadır. Risk altındakı bölgələrdən uzaqlaşması istənən xalq ala bildikləri əşyalarla evlərini tərk edir.
Suyun artması ilə birlikdə timsah və ilan kimi heyvanlar da başqa bir təhlükə mənbəyinə çevrilib.

713