Mübarək xalqından üzr istəyəcək
Misirin sabiq prezidenti Hüsnü Mübarək xalq qarşısında üzr istəmək və amnistiya xahiş etmək niyyətindədir. Lent.az-ın “Əl-Ərəbiyə” telekanalına istinadən verdiyi məlumata görə, Hüsnü Mübarəkin müraciətinin mətni bu gün mətbuatda yayılacaq.
Sabiq prezident müraciətində özünün və ailəsinin insanlara qarşı cürbəcür yollarla törətdikləri cinayətlərə görə bağışlanmasını istəyəcək. Hüsnü Mübarək ona məxsus olan bütün varidatı da xalqına qaytarmağa hazırdır.
Xatırladaq ki, sabiq prezidentin xanımı Syuzan Mübarək dünən dövlətin xeyrinə əmlakından imtina edib. Bura Qahirə ətrafında villa, Misir banklarının birində şəxsi hesabında olan 3,5 milyon dollar daxildir.
Hüsnü Mübarək də banklarda şəxsi hesabında olan 143 milyon dollar vəsaiti dövlətə geri qaytarmağa hazırdır.

469