Bin Ladenin öldürülməsində istifadə edilən məxfi vertolyotun qalıqları ABŞ-a qaytarılacaq
17 may 2011 11:13 (UTC +04:00)

Bin Ladenin öldürülməsində istifadə edilən məxfi vertolyotun qalıqları ABŞ-a qaytarılacaq

Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, İslamabadda səfərdə olan amerikalı senator Con Kerri deyib ki, vertolyotun parçaları bu gün ABŞ-a qaytarılacaq.

Qeyd edək ki, amerikalı xüsusi təyinatlılar mayın 2-də Pakistanın Abodobad şəhərində Üsamə bin Ladenin yaşadığı evdə əməliyyat keçiriblər. Əməliyyat zamanı ABŞ-ın indiyə qədər yaradılmasını məxfi saxladığı 2 vertolyotdan istifadə edilib. Bu vertolyotlar Əfqanıstandan Pakistana daxil olsa da, radarlara düşməyib. Vertolyotlar həm də səssiz uçmaq qabiliyyətinə malikdir. Məhz buna görə də Pakistan amerikalıların ölkə ərazisində hərbi əməliyyat keçirməsindən məlumatsız olublar. Lakin əməliyyat zamanı vertolyotlardan biri Üsamə bin Ladeinin yaşadığı villanın hasarına toxunub və çətinliklə yerə endirilib. Əməliyyatdan sonra həmin vertolyot partladılıb. Lakin amerikalılar bu vertolyotun parçalarını Pakistanın Çinə verəcəyindən ehtiyatlandığı üçün rəsmi İslamabaddan onun qalıqlarını geri qaytarmağı xahiş etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar