ŞOK! Moskvada adamyeyən tutuldu
17 may 2011 10:34 (UTC +04:00)

ŞOK! Moskvada adamyeyən tutuldu

Moskvada 35 yaşlı adamyeyən tutulub. Lent.az-ın “lifenews”ə istinadən verdiyi məlumata görə, onu nahar etdiyi zaman tutublar. Bu zaman manyakın süfrəsində əsas yemək insan ətindən hazırlanıbmış.

Moskvanın Qərb dairəsinin daxili işlər idarəsindən bildiriblər ki, insan qalıqları ilk dəfə 2 həftə öncə tapılıb: “Hüquq müdafiə orqanları öldürülən adamın şəxsiyyətini və onun tanış ola biləcəyi insanları müəyyən ediblər”.

Şübhəli şəxslər sırasında Oleko Dudiç küçəsində yaşayan, hələlik adı açıqlanmayan şəxs də olub. Amma polis əməkdaşları belə bir mənzərə ilə rastlaşacaqlarını gözləmirlərmiş. Onlar həmin şəxsin mənzilinə gələndə, sonuncu heç nəyi inkar etməyib və tanışının cəsədini hissələrə böldüyünü etiraf edib.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, tutulan zaman o, insan ətindən hazırladığı qızartma yeyirmiş. Soyuducuda isə insan ciyərinin daha bir hissəsi aşkar edilib. Bu hissə ekspertizaya göndərilsə də, tutulan onun öldürdüyü tanışının ciyəri olduğunu özü etiraf edib: “Mən onun cəsədinin hissələrini müxtəlif yerlərə atmışam. O cümlədən bir neçə sümüyünü çaya atmışam”.

Artıq öldürülən şəxsin cəsədinin bütün qalıqları tapılıb. Ölən şəxs və adamyeyən yaşıd olublar.

Tutulan şəxs narkoman və ruhi xəstə olub. O, şizofreniyadan əziyyət çəkirmiş.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 518

Oxşar yazılar