BVF prezidenti ilə bağlı növbəti seks qalmaqalı
16 may 2011 18:07 (UTC +04:00)

BVF prezidenti ilə bağlı növbəti seks qalmaqalı

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Tristan Banon deyib ki, BVF prezidenti 10 il əvvəl ona qarşı seksual zorakılığa yol verib. Yazıçı xanımın sözlərinə görə, bu hadisə Dominik Stross-Kandan müsahibə götürən zaman baş verib. Hazırda hüquqşünaslar Tristan Banonun iddia ərizəsini hazırlayırlar.

Xatırladaq ki, şənbə günü 32 yaşlı bir qadın Manhettindəki “Sofitel” mehmanxanasında Dominik Stross-Kanın qaldığı nömrəni təmizlədiyini və bu zaman hamamdan çılpaq vəziyyətdə çıxan BVF prezidentinin onu zorladığını bildirib. Xadimə qadın baş verən olaydan sonra polis idarəsinə zəng edib. Mehmanxanaya gələn zaman isə Dominik Stross-Kan otağında olmayıb. Polis otaqda yalnız mobil telefon və BVF prezidentinin digər əşyalarını aşkarlayıb. Yarım saat sonra BVF prezidenti aeroportda saxlanılıb. O, bu gün Nyu-York Məhkəməsinə çıxarılacaq. Dominik Stross-Kan öz günahını ya boynuna almalı, ya da inkar etməlidir. BVF prezidentinin vəkili müdafiə etdiyi şəxsin ittihamı qəbul etmədiyini bildirib.


Fransa Sosialist Partiyasının rəhbəri olan olan Dominik Stross-Kan qarşıdan gələn seçkilərdə prezident Nikolya Sarkozinin əsas rəqibi sayılırdı və seçkilərdə qalib gələcəyi şübhə doğurmurdu. O, 3 dəfə evlənib. Dominik Stross-Kanın həbsi Fransada şok effekti yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434

Oxşar yazılar