Sərnişin qumbarasını avtobusda unutdu
16 may 2011 20:17 (UTC +04:00)

Sərnişin qumbarasını avtobusda unutdu

Əksər ölkələrdə polis nəzarəti daha da gücləndirib, hər bir ehtimal diqqətlə yoxlanılır. Lent.az-ın fransız saytlarına istinadən xəbərinə görə, həftə sonu Paris ətrafında işləyən avtobuslarında birində əsl terror həyəcanı yaşanıb. Axırıncı dayanacaqda avtobusu yoxlayan sürücü arxa oturacaqda qumbara tapıb. Hadisə yerinə gələn polis qumbaranın sadəcə olaraq plastik oyuncaq olduğunu müəyyən edib.

Ertəsi gün saxlanan sərnişin isə, heç bir pis niyyəti olmadığını və qumbaranı “şəxsi müdafiə üçün” gəzdirdiyini bildirib.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar