Bu gün Qəddafinin həbsi barədə order veriləcək
16 may 2011 15:31 (UTC +04:00)

Bu gün Qəddafinin həbsi barədə order veriləcək

Bu gün Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin Liviya rəhbəri Müəmmər Qəddafi, oğlu Seyf əl-İslam və Liviya kəşfiyyat xidmətinin rəhbəri Abdull Senussinin həbsi barədə order verməsi gözlənilir.


Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bununla bağlı məsələyə münasibət bildirən Liviya xarici işlər nazirinin müavini Xaled Kaim deyib ki, ölkə hakimiyyəti Liviya rəhbərliyinin həbsi barədə orderi tanımayacaq. O, hökumətin məhkəmənin qərarına hər hansı diqqət yetirməyəcəyini vurğulayıb. Liviya xarici işlər nazirinin müavini Beynəlxalq Cinayət Məhkəməsini Afrika siyasətçilərinin təqibi sahəsində fəaliyyətli şübhəli sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar