Müəllimindən Əhmədinejada ittiham: “Davranışı məntiqsizdir”
16 may 2011 12:38 (UTC +04:00)

Müəllimindən Əhmədinejada ittiham: “Davranışı məntiqsizdir”

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Məhəmməd Taki Mesba Yəzdi deyib ki, prezidentin davranışları məntiqli deyil.

O, Mahmud Əhmədinejadın dostlarını daha çox düşmənə çevirdiyini bildirib. Məhəmməd Taki Mesba Yəzdinin sözlərinə görə, Mahmud Əhmədinejad məsləhətçisi, əvvəllər Prezident Administrasiyasının rəhbəri olmuş Esfəndiyar Rəhim Maşeinin təsiri altına düşüb. O hesab edir ki, Mahmud Əhmədinejad 2013-cü ildə prezident postuna Esfəndiyar Rəhim Maşeinin seçilməsinə çalışır. Mühafizəkarlar da Esfəndiyar Rəhim Maşeinin dövlət idarəetmə sistemini dəyişməyə çalışmasından şübhələnirlər.

Xatırladaq ki, Məhəmməd Taki Mesba Yəzdi 2009-cu ildə qalmaqallı prezident seçkiləri zamanı Mahmud Əhmədinejadı dəstəkləyib. Müşahidəçilər hesab edirlər ki, dini müəlliminin bu çıxışı hazırda ali dini lider Əli Xamneyi ilə münasibətləri korlanan Mahmud Əhmədinejadın mövqeyinin zəiflədiyini təsdiqləyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 453

Oxşar yazılar