Ərəb Dövlətləri Liqası yeni baş katibini seçib
Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçilib. Ərəb Dövlətləri Liqasının yeni baş katibi Misirin xarici işlər naziri Nabil əl-Ərəbi olub.
Qeyd edək ki, Misir öncə ölkə parlamentinin yuxarı palatasında beynəlxalq məsələlər komitəsinin rəhbərlik edən Mustafa əl-Fikkinin namizədliyini irəli sürsə də, Ərəb Dövlətləri Liqasının bir çox üzvləri onun namizədliyini dəstəkləməyiblər və bir neçə dəqiqə sonra Nabil əl-Ərəbinin namizədliyi səsverməyə çıxarılıb. Alternativsiz namizəd olan Nabil əl-Ərəbinin namizədliyini Liqanın üzvü olan 22 dövlətin hamısı dəstəkləyib.

501