Beynəlxalq Valyuta Fondunun prezidenti cinsi təcavüzə görə tutulub!
16 may 2011 10:18 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun prezidenti cinsi təcavüzə görə tutulub!

Nyu-York polisi bazar günü Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Dominik Stross-Kanı saxlayıb. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, BVF prezidenti cinsi təcavüzdə günahlandırılıb və aeroportdan polis idarəsinə aparılıb.

Dominik Stross-Kan bu gün Nyu-York Məhkəməsi önünə çıxarılacaq. Dominik Stross-Kan öz günahını ya boynuna almalı, ya da inkar etməlidir. BVF prezidentinin vəkili müdafiə etdiyi şəxsin ittihamı qəbul etmədiyini bildirib.

Xatırladaq ki, 32 yaşlı bir qadın Manhettindəki “Sofitel” mehmanxanasında Dominik Stross-Kanın qaldığı nömrəni təmizlədiyini və bu zaman hamamdan çılpaq vəziyyətdə çıxan BVF prezidentinin onu zorladığını bildirib. Xadimə qadın baş verən olaydan sonra polis idarəsinə zəng açıb. Mehmanxanaya gələn zaman isə Dominik Stross-Kan otağında olmayıb. Polis otaqda yalnız mobil telefon və BVF prezidentinin digər əşyalarını aşkarlayıb. Yarım saat sonra isə BVF prezidenti aeroportda saxlanılıb.

Qeyd edək ki, Fransa Sosialist Partiyasının rəhbəri olan olan Dominik Stross-Kan qarşıdan gələn seçkilərdə prezident Nikolya Sarkozinin əsas rəqibi sayılırdı və seçkilərdə qalib gələcəyi şübhə doğurmurdu. O, 3 dəfə ailə həyatı qurub. Dominik Stross-Kanın həbsi Fransada şok effekti yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar