Ərdoğanın mitinqində uşaq güllələdilər
Bu gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın parlament seçkiləri kampaniyası çərçivəsində Dənizli şəhərində keçirdiyi mitinqdə körpə uşaq güllələnib. Lent.az-ın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, ata və anası ilə uşaq arabasında mitinqə gələn 2 yaşlı körpə uşağa güllə dəyib.
Güllə uşağın başının arxasına dəyib. Körpəni qanlar içində görən ananın fəryadı bir anda meydanda çaxnaşmaya səbəb olub. Güllənin arabanı dələrək uşağa dəydiyi müəyyənləşdirilib. Ancaq güllənin hansı istiqamətdən atıldığını müəyyənləşdirmək mümkün olmayıb. Körpə xəstəxanaya aparılıb.

463