ABŞ Liviya qiyamçılarının qurduğu hökuməti tanımadı
14 may 2011 16:26 (UTC +04:00)

ABŞ Liviya qiyamçılarının qurduğu hökuməti tanımadı

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, danışıqlarda Ağ Evi prezidentin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Tom Donilon, Liviya Milli Keçid Şurasını Mahmud Cibril təmsil edib.

ABŞ qiyamçıların qurduğu hökuməti rəsmən tanımaqdan imtina edib. Tom Donilon deyib ki, Ağ Ev Liviya Milli Keçid Şurasını legitim və etibarlı tərəfdaş kimi tanıyır, Liviya prezidenti Müəmmər Qəddafi legitimliyini itirib. Ancaq Ağ Ev yaxın vaxtlarda qiyamçıların qurduğu hökuməti diplomatik baxımdan tanımağa hazırlaşmır.

Bununla belə, Ağ Ev Mahmud Cibrili əmin edib ki, yaxın vaxtlarda Konqresdə Liviya Milli Keçid Şurasına 30 milyard dollar verilməsi məsələsi müzakirəyə çıxarılacaq. Bu, Müəmmər Qəddafi rejiminin yüksək vəzifəli şəxslərinə məxsus vəsaitlərdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418

Oxşar yazılar