Əsədin üzü gülür
Suriyada prezident Bəşər Əsədi sevindirən proses baş verir. Lent.az-ın “SANA” agentliyinə istinadən verdiyi məlumata görə, hökumət əleyhinə aksiyalara qatılmış 5 min nəfər həbs və məhkəmə təqibindən can qurtarmaq üçün cümə günü könüllü təslim olub.
Bunu Suriyanın informasiya naziri Adnan Mahmud Dəməşqdə keçirdiyi mətbuat konfransında söyləyib. Hüquq-mühafizə orqanlarına könüllü təslim olanlar amnistiyaya düşəcəklər. Ancaq bunun üçün onlar dövlət təhlükəsizliyinə, dövlət və şəxsi əmlaka zərər vurmayacaqları barədə öhdəliyə imza atmalıdırlar.
Adnan Mahmud Suriya ordusunun Baniyas və Deraa şəhərlərindən də tədricən çıxarılacağını söyləyib. Bu şəhərlər aksiyaların əsas mərkəzi sayılır. Onun sözlərinə görə, indiyə qədər baş verən olaylar zamanı 93 hərbçi, 22 polis həyatını itirib, 1500 nəfərdən çox insan yaralanıb.

Oxşar yazılar

İran prezidenti Pezeşkian ötən ay İsrailin hava zərbəsi nəticəsində yaralanıb
13 iyul 2025 , 11:45
Ankarada yanğın: 1-i uşaq olmaqla 3 nəfər öldü, 20 nəfər zəhərləndi -FOTOLENT
13 iyul 2025 , 09:46
Kişinin mədəsindən 27 alışqan çıxardılar
13 iyul 2025 , 02:11
İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31