Yaponiya və Kosta-Rikada da güclü zəlzələ baş verdi
14 may 2011 10:29 (UTC +04:00)

Yaponiya və Kosta-Rikada da güclü zəlzələ baş verdi

Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Yaponiyada zəlzələnin gücü 6,2 bal olub.

Zəlzələnin ocağı İvaki şəhərindən 57 kilometr qərbdə yerləşir. Dağıntı və tələfat barədə hələ məlumat daxil olmayıb. ABŞ Geologiya Xidməti sunami təhlükəsinin gözlənilmədiyini açıqlayıb.

Kosta-Rikada isə 6 bal gücündə zəlzələ olub. Zəlzələnin ocağı paytaxt San-Xose şəhərindən 28 kilometr şimal-qərbdə yerləşir. Yeraltı təkan bir sıra rayonlarda elektrik təchizatının sıradan çıxmasına və əhali arasında təşviş yaranmasına yol açıb. San-Xose şəhərində bir neçə inzibati bina təcili boşaldılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar