Saleh meydan oxudu
İki aya yaxındır ki, ölkədə keçirilən kütləvi aksiyalarda istefasını tələb olunan Yəmən prezidenti Əli Abdulla Saleh hakimiyyətdən getmək fikrində deyil. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, bu gün paytaxtda tərəfdarlarının keçirdiyi aksiyada çıxış edən Əli Abdulla Saleh deyib ki, meydan oxumağa meydan oxumaqla cavab verəcəklər.
O bildirib ki, hakimiyyət istəyən seçki qutusuna getməlidir. Əli Abdulla Saleh müxalifəti atəşlə oynamaqdan əl çəkməyə çağırıb. Müxalifətçiləri “təxribatçılar” adlandıran Yəmən prezidenti onları dialoqa çağırıb.
Əli Abdulla Saleh qadınların kişilərlə birlikdə aksiyalara çıxmasının da böyük günah olduğunu iddia edib.

637