Qərb İranın “danışıqlar” təklifini ciddi qəbul etmir
Ötən gün İran Ali Təhlükəsizlik Şurasının katibi Səid Cəlili Avropa Birliyinin ali komissarı Ketrin Eştona məktub ünvanlayıb. Cavab çox yubanmayıb. Lent.az-ın “Reuters”ə istinadən məlumatına görə, ali komissarın mətbuat katibi Mariya Kosyançiç deyib: “Cəlilinin məktubunda özü-özlüyündə yeni heç nə yoxdur. Növbəti görüş üçün bunun əsas olacağı ehtimalı azdır. Biz gələcəkdə də İranla danışıqların bərpası üçün yeni təmaslar axtaracağıq”.
Xatırladaq ki, S.Cəlili məktubunda “altılıq”dan “ədalətli olmağı” və “təzyiq göstərməməyi” istəyib.
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında danışıqlarla bağlı bunları söyləyib: “Danışıqların keçirilməsi vaxtı hələ təyin olunmayıb. Ancaq biz Avropa Birliyinin yüksək təmsilçisi ilə bu yöndə təmaslarımızı davam etdiririk. Hazırda biz S.Cəlilinin məktubuna ortaq cavab üzərində çalışırıq. Bundan sonra danışığın müddəti bəlli olacaq. Ümid edirəm ki, bu çox uzanmayacaq”.
Onun sözlərinə görə, K.Eştona ünvanlanan məlum müraciətdə yeni fikir yoxdur: “Əlbəttə, biz İranın məktubunda daha çox konkretlilik görmək istərdik. İstanbul görüşündə ayrıldığımız fikrilərə aydınlığın gətirilməsini istərdik. Fikrimcə, məktub “altılığı” qane etmir”.
İslam Respublikası məclisinin milli təhlükəsizlik və xarici siyasət məsələləri üzrə komissiyasının sədri Əlaəddin Brücerdi isə bildirib ki, ölkəsi Avropa Birliyinə “bir sıra beynəlxalq problemləri həll edəcək təkliflər paket göndərib”: “Qərb danışıqlar üçün İran tərəfindən irəli sürülən təklifləri qəbul etsə, bu, dünyanın və bölgənin bir sıra problemlərinin həllinə önəmli təsir göstərə bilər”.
Qeyd edək ki, axırıncı danışıqlar bu ilin yanvarında İstanbulda nəticəsiz başa çatıb. AB təmsilçisi Ketrin Eşton İranın nüvə proqramı ilə bağlı danışıqların dayanmasından təəssüfünü bildirərək demişdi ki, Tehranın təklifləri qəbuledilməzdir: “Altılıq” nüvə proqramı ilə bağlı İranın mövqeyindən məyus olub. Qərbin vəzifəsi Tehranı atom proqramını davam etdirməyə qoymamaqdır”.
Sədrəddin Soltan

522