Bin Laden terrorçuları internetlə idarə edirmiş!...
Mayın 2-də Pakistanın Abodabad şəhərindəki evində ABŞ xüsusi təyinatlıları tərəfindən öldürülən “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin növbəti sirrinin üstü açılıb. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, evdə aparılan axtarış zamanı məlum olub ki, Üsamə bin Laden evində internet olmamasına baxmayaraq, illərlə ABŞ və Qərb ölkələrinin virtual məkanda üzə çıxara bilmədiyi bir üsulla elektron məktublar göndərib.
Evdə yüzlərlə elektron qeydlər, minlərlə mesaj və elektron ünvanlar tapılıb. “Əl-Qaidə” liderinin üsulu nizam və inam üzərində qurulub. Pakistanın şimal-şərqində heç bir telefon və internet əlaqəsi olmayan bir evdə yaşayan Üsamə bin Laden internetlə bağlantısı olmayan kompüterində yazdığı mesajları bir flaş-diskə köçürüb, daha sonra bu flaş-diski inandığı bir köməkçisinə verirmiş. Köməkçi də uzaq məsafədə olan bir internet-kafeyə gedərək Üsamə bin Ladenin bu flaş-diskdəki mesajlarını bir elektron ünvana köçürüb, lazımi ünvanlara göndərirmiş. Eyni zamanda köməkçi Üsamə bin Ladenə gələn elektron məktubları da flaş-diskə köçürüb, onu “əl-Qaidə” liderinə çatdırırmış.
Üsamə bin Ladenin yaratdığı sistem yavaş olmasına, çox zəhmət tələb etməsinə baxmayaraq, saat kimi o qədər dəqiq işləyib ki, ən təcrübəli kəşfiyyatçılar belə “əl-Qaidə” liderinin uzun müddət bu sistemlə fəaliyyət göstərməsini heyrətlə qarşılayıblar.

Oxşar yazılar

Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58