Şou göstərmək istədi, qohumunun cinsi orqanını kəsdi
14 may 2011 04:11 (UTC +04:00)

Şou göstərmək istədi, qohumunun cinsi orqanını kəsdi

Hər şey 61 yaşlı Zaprian Lozanovun qohumunun qılınc həvəsi ilə başlayıb. Lent.az-ın “7sur7.be” saytına istinadla xəbərinə görə, yaxın qohumu onu evinə çağıraraq samuray qılıncı ilə şou göstərmək istəyib.

“O, qılıncı başımın üstündə oynadanda əlini tutdum və bu zaman bərk ağrı hiss etdim. Qılınc mənim qasığıma sancılmışdı” - deyə, Lozanov məhkəməyə ifadəsində bildirib.

Hadisədən sonra Lozanov dərhal xəstəxanaya aparılsa da, həkimlər ona kömək edə bilməyiblər - onun cinsi orqanı kəsilibmiş. “Samuray”a isə prokuror 6 il həbs istəyib. Lakin Lozanov bütün dövlət qurumlarına müraciət edərək qohumunun azad edilməsinə nail oldu.

Hadisədən sonra bir jurnala müsahibəsində Lozanov belə deyib : “Onu bağışladığım üçün hər kəs məni alicənab hesab edir. Qoy hadisəni törədən şəxs də işləyib pul qazansın və mənim cinsi orqanımı bərpa etdirsin”.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar