Yaponiyada yeni radiasiya sızması aşkarlandı
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, AES-in operatoru olan TEPCO şirkəti bəyan edib ki, sahildə suyun tərkibində radioaktiv sezium-134 və sezium-137 maddələri aşkarlanıb. AES yaxınlığındakı suda sezium-134 normadan 32 min dəfə, sezium-137 normadan 22 min dəfə çoxdur. TEPCO mütəxəssisləri dəniz suyuna radioaktiv sızmanın üçüncü reaktor yaxınlığında yerləşdirilmiş borudan qaynaqlandığını üzə çıxarıblar. Borudan sızan radioaktiv maddələr sonra suya qarışır.
Boru yaxınlığındakı suda sezium-134 maddəsi normadan 620 min dəfə, sezium-137 430 min dəfə çoxdur. Mütəxəssislər borunu bağlayıblar.
Boru yaxınlığındakı suda sezium-134 maddəsi normadan 620 min dəfə, sezium-137 430 min dəfə çoxdur. Mütəxəssislər borunu bağlayıblar.
513