Obama bin Ladenin meyitinin şəklini konqresmenlərə göstərib
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bir neçə konqresmenə “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin ölümündən sonra çəkilmiş 15 fotoşəkli nümayiş etdirib. Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, həmin konqresmenlərdən biri olan respublikaçı Ceyms İnxouf deyib ki, fotoşəkillərdəki cəsədin Üsamə bin Ladenə məxsus olmasına dair heç bir şübhə yoxdur.
Senator qeyd edib ki, güllələrdən biri “əl-Qaidə” terror təşkilatının liderinin qulağından girib, ağzından çıxıb və buna görə fotoşəkil çox dəhşətli görünür. Fotoşəkillərin bir neçəsi də Üsamə bin Laden dənizə atılmamışdan əvvəl çəkilib. Həmin şəkillərdə Üsamə bin Ladenin üzü qandan təmizlənib və onu tanımaq çətinlik törətmir: “Artıq Üsamə bin Laden yoxdur”.
Fotoşəkillərlə demokrat-senator Bill Nelson da tanış olub.

485