İspaniyada və İtaliyada zəlzələ: 10 ölü
12 may 2011 10:52 (UTC +04:00)

İspaniyada və İtaliyada zəlzələ: 10 ölü

Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 10 nəfər həyatını itirib.

Zəlzələ nəticəsində Lorka şəhərində çoxlu sayda binaya zərər dəyib. Orta əsrlərdə tikilmiş kilsənin də qülləsi uçub, dağıntılar altında 10 avtomobil qalıb. Şəhər sakinləri evakuasiya edilirlər. Şahidlər çoxlu sayda yaralıların olduğunu bildirirsələr də, hələ rəsmi açıqlama verilməyib. Baş nazir Xosen Luis Rodriqes Sapatero fəlakət zonasında xilasetmə işləri aparılması üçün ordu bölmələri göndərib. Artıq 10 minə qədər insan evakuasiya edilib. Bu, son 50 ildə İspaniyada baş verən ən güclü zəlzələdir.

Mayın 11-də İtaliyada da bir neçə yeraltı təkan qeydə alınıb. Ancaq bu zəlzələlər dağıdıcı gücdə olmayıb. Beləliklə, bununla da müstəqil seysmoloq Rafaelya Bendandinin mayın 11-də Romada dağıdıcı zəlzələnin baş verəcəyi ilə bağlı irəli sürdüyü proqnoz da özünü doğrultmayıb.

Xatırladaq ki, 1979-cu ildə dünyasını dəyişmiş Rafaelya Bendandi mayın 11-də Romada zəlzələnin baş verəcəyi ilə bağlı irəli sürüb. Rafaelya Bendandi seysmik hadisələrin proqnozlaşdırılması nəzəriyyəsini hazırlayıb, ancaq bu nəzəriyyə dünya elmi tərəfindən tanınmayıb. Lakin hesab olunur ki, o, 1976-cı ildə Friuli vilayətində baş verən zəlzələni öncədən proqnozlaşdırıb.

Hələ bir neçə gün əvvəldən başlayaraq Romada mağazaların bir çoxunda fəaliyyətlərini müvəqqəti dayandıracaqları barədə elanlar asılıb. Mağaza sahibləri və satıcılar bu təhlükəli günü şəhərdən kənarda keçirməyə üstünlük verirlər. Minlərlə romalı şəhəri tərk edib. Roma meriyası şəhər sakinlərini sakitləşdirmək üçün xüsusi “qaynar xətt” açmağa məcbur olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523

Oxşar yazılar