Qəddafi peyda oldu
12 may 2011 10:41 (UTC +04:00)

Qəddafi peyda oldu

Liviya lideri Müəmmər Qəddafi aprelin 30-da NATO qırıcı təyyarələrinin aviazərbəsi nəticəsində oğlu və 3 nəvəsinin öldürülməsindən sonra ilk dəfə Liviya Dövlət Televiziyasının ekranında peyda olub. Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafinin Liviyadakı tayfa rəhbərləri ilə görüşü barədə süjet mayın 11-də axşam saatlarında göstərilib.

Görüş mayın 11-də səhər saatlarında baş tutub, televiziyada videolent göstərilib. Müəmmər Qəddafi görüşdə qıvraq və sağlam görünür.

Xatırladaq ki, aprelin 30-da Müəmmər Qəddafinin Tripolidəki iqamətgahı bombalanıb. Nəticədə Liviya liderinin oğlu Seyf əl-Ərəb və 3 nəvəsi həyatını itirib. Həmin gündən sonra Mümmər Qəddafinin görünməməsi onun da bu aviazərbə zamanı ağır yaralandığı və öldüyü barədə xəbərlərin yayılmasına yol açıb.

Qeyd edək ki, bu gün səhər saatlarında da Tripoliyə hava zərbəsi endirilib. Dağıntı və tələfat barədə hələ məlumat verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443

Oxşar yazılar