ABŞ Əsədi “qaralamağa” hazırlaşır
11 may 2011 21:13 (UTC +04:00)

ABŞ Əsədi “qaralamağa” hazırlaşır

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama yaxın vaxtlarda Bəşər Əsəd hakimiyyətini qeyri-qanuni elan etməyə hazırlaşır. İndiyə qədər ABŞ Bəşər Əsədi aksiyaları qanlı formada yatırmağı dayandırmağa və islahatlar aparmağa çağırmaqla kifayətlənib.

Bu arada bu gün səhər saatlarında tankların Hums şəhərini atəşə tutduğu məlum olub. Atışma hələ də davam edir. Hüquq-müdafiə təşkilatları isə martın ortalarından indiyə qədər davam edən aksiyalarda ən azı 750 nəfərin öldürüldüyünü açıqlayıb. 9 min nəfər saxlanılıb.

Son məlumata görə, artıq Suriya BMT İnsan Haqları Şurasına namizədliyini geri götürüb və Küveytin namizədliyini dəstəklədiyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar