14 yaşlı qız atasından uşağa qalıb
12 may 2011 02:11 (UTC +04:00)

14 yaşlı qız atasından uşağa qalıb

Türkiyədə dəhşətli olay yaşanıb. Lent.az-ın “habertürk.com” saytına istinadən verdiyi məlumata görə, Samsun vilayətinin Vəzirkörpü rayonunun bir kəndində yaşayan 14 yaşlı G.Ş. bir müddət əvvəl 41 yaşlı atası A.Ş.-nin cinsi təcavüzünə məruz qalıb. Təcavüzdən sonra uşağa qalan G.Ş. bunu yaxınlarından uzun müddət gizlətməyi bacarıb. Bazar ertəsi qarın ağrısı şikayəti ilə əmisi və əmisi arvadı tərəfindən Vəzirkörpü Rayon Xəstəxanasına gətirilən G.Ş. burada müayinədən keçməyi gözləyən vaxt təkbaşına tualetə gedib. Gənc qızın uzun müddət tualetdən çıxmaması və içəridən körpə səsi gəlməsi sonucunda həkimlər tualetə giriblər. Həkimlər G.Ş.-nin uşaq dünyaya gətirdiyini və həmin körpə qızı boğmağa çalışdığını görüblər.


Dərhal polisə xəbər verilib. G.Ş. ifadəsində atası A.Ş.-nin onu zorladığınıı bildirib. O və körpəsi xəstəxanada müalicə olunmaq üçün saxlanılıb. Saxlanılan bədnam ata da ifadəsi alındıqdan sonra həbs edilib. A.Ş.-nin ilk arvadının bir müddət əvvəl vəfat etdiyi, daha sonra başqa bir qadınla evləndiyi, bu iki evlilikdən 10 uşağının olduğu üzə çıxıb. G.Ş. onun ilk arvadından olan qızıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2142

Oxşar yazılar