Milyarderlərin yaxta “qarşılaşması”
11 may 2011 19:38 (UTC +04:00)

Milyarderlərin yaxta “qarşılaşması”

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, fransızlar 13 milyard dollar sərvəti olan Paul Allen və 13,4 milyard dollar sərvəti olan Roman Abramoviçin yaxtalarını görmək üçün sahilə axışıblar.


Qeyd edək ki, Roman Abramoviçin 2010-cu ildə Almaniyanın “Lloyd Werft i Stahlbau Shipyards” şirkətinə sifariş verərək hazırlatdığı yaxtanın qiyməti 188 milyon dollardır. Dünyanın ən böyük və geniş 19-cu yaxtasıdır. 40 heyət üzvü olan “Luna”-da 2 vertolyot meydançası, hovuzları var. Pəncərələri güllə keçirmir, hər yataq otağında kinozalı xatırladan nəhəng televizorlar var.

Paul Allenin “Octopus”-nun qiyməti 200 milyon dollardır. 2003-cü ildə Almaniyanın “Lürssen” firmasında hazırlanıb. Dünyada böyüklüyünə və genişliyinə görə 12-ci yaxtadır. 60 heyət üzvü olan yaxtada da 2 vertolyot meydançası, üzmə hovuzları var. Təhlükəsizliyini qoruyan heyətdə sabiq SEAL komandoları da var. “Octopus”-da 2 mini batiskaf, səsyazma studiyası, basketbol meydanı, bar, cakkuzi də var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978

Oxşar yazılar