Aeroportda qadınların bəkarəti yoxlanırmış...
İngiltərə aeroportlarında 1970-ci illərin sonunda evlilik yolu ilə bu ölkəyə köçərək yaşamağa çalışan hindistanlı və pakistanlı qadınların bəkarət testindən keçirilib.
Lent.az-ın “Guardian” qəzetinə istinadən verdiyi məlumata görə, qadınların aeroportda mühacir bürosunun yetkililəri tərəfindən bəkarət testindən keçirildiyini təsdiqləyən sənədlər ortaya çıxıb. Bu sənədlər Daxili İşlər Nazirliyinin yeni açıqlanan məxfi sənədləri arasında yer alır və bu, bəkarət testinin daha geniş yayıldığını göstərir. Qadınların bəkarət testindən keçirilməsi barədə qayda 35 yaşlı bir hindistanlı qadının bəkarətlə bağlı bir kişi həkim tərəfindən yoxlanıldığı barədə mətbuata danışmasından sonra 1979-cu ilin fevral ayında qadağan edilib. Hindistanlı qadın üzr istənilməsini qəbul dib və ona 500 sterlinq ödənib O vaxt İşçi Partiyasının idarə etdiyi hökumət belə bir olayın yaşandığını qəbul edib, ancaq 7 il ərzində sadəcə, 2 belə olay baş verdiyini bildirib.
Ancaq indi yeni açıqlanan məxfi sənədlər bəkarət testinin İngiltərənin Hindistan və Pakistan səfirliklərində ehtimal olunandan daha çox tətbiq edildiyini ortaya qoyur. Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsləri 1976-1979-cu illərdə Dehlidə 73, Mumbaidə 9 bəkarət testi barədə hesabat veriblər. Bu sənədləri ortaya çıxaran Avstraliyanın Flinders Universitetinin hüquq fakültəsinin professorları Marinella Marmo və Evan Smith İngiltərəni üzr istəməyə çağırıb.

564