Qvardiyaçılar Xamneyini devirmək istəyib
İran prezidenti Mahmud Əhmədinejadla ölkənin ali rəhbəri ayətullah Xamneyi, deyəsən, anlaşıb. Ancaq bununla belə hakimiyyət zirvəsində durum gərgin olaraq qalmaqdadır.
Lent.az-ın “mignews”-a istinadən məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “Rza Xəlil” adlı keçmiş əməliyyatçısı bildirib ki, aprelin 19-da İranda dövlət çevrilişinə cəhd edilib. Bu aksiyanın həyata keçirmək istəyənlər İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası sayılan bəsiclərin başçıları və bir qrup ayətullah olub.
R.Xəlil əminliklə bildirib ki, həmin gün qvardiyanın bir qrup zabitinin ayətullah Xamneyini devirmək cəhdinin qarşısı alınıb. Zabitlər Tehranda hökumətin 130 qurumunu ələ keçirməyi planlaşdırıbmış. Onlar 2009-cu ilin prezident seçkisinin nəticələrini qəbul etməməklə yanaşı, rəsmi nəticəyə etiraz edənlərə, “yaşıllara” qarşı amansız davranışı pisləyiblər. Xəlilin fikrincə, qvardiyanın 37 komandiri hazırda İranın “Gövhərdaş” adlı zindanında saxlanılır.
Çevriliş planını ayətullah Xamneyinin ən yaxın ətrafı hazırlayıb. Əməliyyatçının sözlərinə görə, İranın ali lideri prezident Əhmədinejadla arasındakı ziddiyyətdən ehtiyatlanır: “Qeyd edək ki, ötən həftə hökumət başçısının bir qrup tərəfdarı cadugərliyə görə həbs olunub. Xamneyi bu hadisənin əks–sədasının küçələrə daşınacağından və onlara dünyəvi dövlət quruluşu istəyənlərin qoşulmasından çəkinir. Belə bir hal isə mövcud rejimin dayaqlarının daha da zəifləməsi ilə nəticələnə bilər.
Bu vəziyyətin yaranmaması üçün İran Təhlükəsizlik Şurası “Əməliyyat planı -55” hazırlayıb. Plana əsasən, bəsiclər ayətullah Xamneyinin birbaşa tabeliyinə verilib. Tehran, Təbriz, İsfahan və başqa iri şəhərlərdə onlar bir nömrəli döyüş vəziyyətinə gətiriliblər. Bundan başqa, ayətullah Xamneyinin etibar etdiyi qvardiya taqımları da hərbi hazırlıq vəziyyətindədirlər.
Xəlilin qənaətincə, qvardiya zabitlərinin 70 faizi 2009-cu ilin yayında müxalifətin əzilməsini təqdir etmirdi və onlar “yaşıllara” (2009-cu ilin prezident seçkisinin rəsmi nəticələrinə etiraz edən qüvvələr - S.S.) qarşı terror aktında iştirakdan boyun qaçırıblar”.
Ötən həftənin sonunda Əhmədinejad Nazirlər Kabinetinin toplantısında ayətullah Xamneyi ilə aralarında problemin olmadığın sübut etməyə səy göstərib: “Vilayəti-fəqihlik (ayətullah Xamneyinin daşıdığı vəzifə - S.S.) hz. İmam Zamanın yolunun davamı deməkdir. Buna görə, yüz illər boyu yol qət edilib. Hökumətimiz bu yolda can-başla çalışacaq və İslami İranın ucalması yolunda xidmətin davam etdirəcək. Bu gün iki qrupun niyyəti üzündən bizim vilayəti-fəqihi müdafiə etməyimiz lazımdır. Birinci qrup öz aralarında dartışanlardır. Onlar vilayəti-fəqihdən bu sayaq məsələlərdə vasitəçi kimi yararlanmaq istəyir. İkinci qrup isə bundan necə yararlanmağı bilməyənlərdir. Bu qrup vilayəti-fəqihlə qorxu yaradır. Halbuki vilayəti-fəqih belə düşüncələrin tamamilə əksinədir”.
Bu çıxışdan bir neçə gün öncə, İslam Respublikasının ali rəhbəri prezidentə ETTELAAT naziri Heydər Müslehini işinə bərpa etməyi əmr etmişdi. Xamneyi bir toplantıda Əhmədinejadın qarşısında şərt qoymuşdu: “Ya Heydər Müslehini işinə bərpa et, ya da istefa ver”.
Belə xəbərlərdən də göründüyü kimi, Tehran hakimiyyəti daxilində vəziyyət heç də özlərinin dəyərləndirdiyi kimi sakit və yolunda deyil.
Görünür, çevriliş planından Əhmədinejad da xəbərdar olub. Elə ona görə də 10 günlük “guşənişinlikdən” sonra o, belə bir bəyanatla çıxış etdi: “Bir neçə gün evdə oturmağımın müəyyən səbəbləri var. Bu səbəbləri ürəyimdə saxlayacağam. Çünki bir çox sözlər insanın ürəyində qalmalıdır”…
Əgər doğrudan da Tehran hakimiyyətində ayətullah Xamneyinin devrilməsi planı mövcud olubsa, bu plan yenidən gerçəkləşə bilər. Belə bir deyim var: “Səhnədə divardan tüfəng asılıbsa, o tamaşanın sonuna qədər mütləq atəş açacaq…”
Sədrəddin Soltan

552