İki paket cipsi oğurlayan uşaqlara 39 il həbs cəzası istənilib
Türkiyənin Adana şəhərində bir marketdən 2 paket cipsi və 15 lirə (8 manat) oğurlayan 3-ü uşaq olmaqla, 4 nəfər haqqında açılan 2 cinayət işi birləşdirilib. Prokuror həmin şəxslərin ümumilikdə 39 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, birinci olay martın 2-də günorta saatlarında baş verib. 15 yaşlı T.Ç. və onun 20 yaşlı dostu Yunus Oyandı Aslı G.-nin işlətdiyi marketə gəliblər. Həmin vaxt marketdə anasını əvəzləyən 13 yaşlı O. olub. O.-nu bıçaqla hədələyən 2 dost 1 paket cipsi və 10 lirəni götürərək aradan çıxıblar. İkinci olay martın 8-də baş verib. Bu dəfə 16 yaşlı A.T. və 15 yaşlı əmisi oğlu M.T. həmin marketə gəlib, O.-nu hədələməklə 1 paket cipsi və 5 lirəni alaraq qaçıblar.
Cipsi oğurluğu ilə bağlı polisə müraciətdən sonra soyğunçular yaxalanıblar. Öncə A.T və M.T, daha sonra isə O. şikayətini geri götürdüyü üçün məhkəmə Yunus Oyandı və T.Ç.-ni də sərbəst buraxıb. Məhkəmə şahid ifadələri ilə davam edəcək.

576