Tunisdə aləm yenə qarışdı
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Tunis Daxili İşlər Nazirliyi saxlanılanların kütləvi iğtişaşlarda, soyğunçuluqda, qəsdən yanğın törətməkdə iştirak etdiklərini, qanunsuz silah saxladıqlarını, komendant saatını pozduqlarını bəyan edib.
Qeyd edək ki, Tunisdə mayın 5-də başlayan hökumət əleyhinə aksiyaların səbəbi sabiq daxili işlər naziri Faxrat Raixinin verdiyi bəyanat olub. O deyib ki, əgər Tunisdə iyunun 24-də keçiriləcək seçkilərdə islamçılar qalib gələrsə, ölkədə hərbi çevriliş ola bilər. Sonradan Faxrat Raixi bəyanatını yumşaltmağa çalışsa da, vəzifəsindən uzaqlaşdırılıb, baş nazir Beci Kaid Esebsi isə onu yalançı adlandırıb. Ancaq aksiyaçılar bu bəyanatdan sonra müvəqqəti hökumətin tam tərkibdə istefa verməsini tələb edirlər. Mayın 5-də paytaxtda, mayın 6-dan Tunisin bütün şəhərlərində kütləvi aksiyalar başlayıb.

533