Bin Ladenin oğlu danışdı
“Əl-Qaidə” terror təşkilatının lideri, mayın 2-də ABŞ xüsusi təyinatlılarının Pakistanın Abodabad şəhərində keçirdiyi əməliyyat zamanı öldürülən Üsamə bin Ladenin Qətərdə yaşayan oğlu Ömər danışıb.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Qətərdə ingilis xanımı Zeyna ilə yaşayan Ömər telefonla sualları cavablandıraraq deyib ki, həyat yoldaşından ayrılması barədə yayılan xəbərlər əsassızdır. Ömər bildirib ki, Üsamə Bin Ladenin Suriyada yaşayan 70 yaşlı qayınanası kürəkəninin öldürülməsi xəbərini eşidəndə infarkt keçirib və 6 gün sonra vəfat edib. Həmin qadın həm də Üsamə bin Ladenin xalası olub, Ömərin isə nənəsidir.
Ömər və Zeyna Üsamə bin Ladenin ölməsi barədə hər hansı söz söyləməkdən çəkiniblər. “Əl-Qaidə” liderinin ölümünün ABŞ və Qərb ölkələrinə yönəlik hücumları artıracağına dair proqnozlara da münasibət bildirməyiblər. Ümumiyyətlə, Qətərdə sığınacaq almış bu cütlüyə belə suallara cavab vermək qadağan olunub.
Qeyd edək ki, Üsamə bin Laden oğlu Ömərin terrorçu-kamikadze olmasını istəyib. Ömər onun bu istəyinə qarşı çıxaraq atası ilə yollarını ayırıb. Ömər və Zeyna dünyada sülhün bərqərar olmasını istədiklərini deyiblər.

Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09