Dəməşqdən dumanlar yüksəlir
Avropa Birliyi Suriyaya silah satışına embarqo qoyub. Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Suriya hökumətinin 13 üzvünə də Avropa Birliyi ölkələrinin ərazisinə giriş qadağan olunub və onların maliyyə vəsaitləri dondurulub.
Mülki şəxslərin ölümündə günahkar sayılan həmin 13 vəzifəli şəxsin adı bu gün Avropa Birliyinin rəsmi saytında yayımlanacaq. Onların arasında Suriya prezidenti Bəşər Əsəd yoxdur.
Rəsmi Dəməşq isə aksiyaların başladığı və qanlı qarşıdurmaların yaşandığı Dera şəhərində BMT-nin humanitar yardım aparmasına icazə verməyib. Ölkədə axan qan da dayanmır. Dünən ordu Dəməşqin qərbindəki Muadhamiye məhəlləsini mühasirəyə alıb, atışma baş verib.
Hums və Banyans şəhərlərində də hökumət aksiyaları yatırmağa çalışır. Suriya hökuməti son 2 gündə 6 hərbçinin öldürüldüyünü bildirib. Suriya Dövlət Televiziyası Hums yaxınlığında yolda pusqu qurulduğu və mikroavtobusa hücum nəticəsində 10 işçinin öldüyü barədə xəbər yayıb.
Yeddi həftədir ki, davam edən aksiyalarda indiyə qədər 500 nəfərin öldüyü, 2 min 500 nəfərin saxlanıldığı ehtimal olunur. Xarici ölkə jurnalistləri ölkəyə buraxılmadığından xəbərləri dəqiqləşdirmək çətindir.

Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13