Bin Ladenin evi dağıdılacaq
10 may 2011 10:17 (UTC +04:00)

Bin Ladenin evi dağıdılacaq

ABŞ Pakistan hökumətindən “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin bir neçə il ərzində paytaxt İslamabaddan cəmi 50 kilometr kənarda necə yaşaması barədə suallarının cavablandırılmasını tələb edəcək. Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, bunu Dövlət Departamentinin rəsmi təmsilçisi Mark Toner bəyan edib.

Qeyd edək ki, mayın 2-də gecə ABŞ xüsusi təyinatlı qüvvələri Pakistanı xəbərdar etmədən Abodabad şəhərində Üsamə bin Ladenin yaşadığı evdə məxfi əməliyyat keçirib. Əməliyyat zamanı “əl-Qaidə” lideri də daxil olmaqla, evdə olan bir neçə nəfər öldürülüb. Pakistan hökuməti ABŞ-ın xəbərdarlıq etmədən belə bir əməliyyat keçirməsindən narazıdır.

Bu arada Pakistan hökumətinin Üsamə bin Ladenin yaşadığı evi dağıtmağa hazırlaşdığı məlum olub. Pakistan olaydan sonra Abodabad şəhərinə axışan və bu evin ətrafında canlı yayım aparan xarici ölkə jurnalistlərinin də şəhəri tərk etməsini istəyib. Pakistan hökuməti bu evin müqəddəs bir yerə çevrilməsi və daim bura ziyarətçilərin bura axışmaması üçün evi dağıtmağa qərar verib. Rəsmi İslamabad sabitliyi ilə seçilən bu şəhərin “əl-Qaidə” liderinin adı ilə xatırlanmasını istəmir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529

Oxşar yazılar