Liviya müxalifətinə yardım ediləcək
İtaliyanın paytaxtı Romada dünən Liviya Koordinasiya Qrupunun toplantısı keçirilib. Lent.az-ın “trt.net.tr” satının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, 22 ölkənin, NATO, Ərəb Birliyi kimi beynəlxalq təşkilatların və Liviya müxalifətinin qurduğu Milli Şuranın liderlərinin iştirak etdiyi toplantıda Liviya prezident Müəmmər Qəddafinin gələcəyi və onun əleyhdarlarına yardım məsələsi müzakirə edilib.
Toplantıda Liviya müxalifətinə yardım mexanizmi ilə bağlı anlaşma əldə olunub. Liviyalı müxaliflər təcili qida, tibbi yardım və fundamental ehtiyaclarının ödənməsi üçün 2-3 milyard dollarlıq yardıma ehtiyac olduğunu söyləyiblər.
Toplantıda qəbul edilən qərara görə, ilk mərhələdə Vaşinqton Liviya müxalifətinə dəstək məqsədi ilə Müəmmər Qəddafi rejiminə aid dondurulmuş əmlakın bir hissəsinin üzərindən həbs qərarını götürəcək. Bununla yanaşı, Müəmmər Qəddafinin beynəlxalq ictimaiyyətdə yalnızlaşdırılması istiqamətində də addımlar atılacaq.
ABŞ dövlət katibi Hillari Klinton Liviyadakı səfirliklərin müvəqqəti olaraq bağlanmasını, Müəmmər Qəddafinin diplomatlarının deportasiya edilməsini, Liviya ilə əlaqələrin Benqazidəki Milli Şura ilə davam etdirilməsini istəyib. Klinton eyni zamanda bildirib ki, Qəddafinin təmsilçiləri sığınma tələbi istisna olmaqla, qəbul edilməməlidir.
Toplantıda Türkiyə də atəşkəs təklifini səsləndirib. Xarici işlər naziri Əhməd Davudoğlu atəşkəsin təmin olunmasından sonrakı 7-10 gün içərisində atəşkəsin əsas konturlarının dövrəyə girməli olduğunu deyib: “BMT-nin müşahidə missiyası əsas haqların bölünməsini təmin etməli və dərhal xalq təhlükəsiz dönəmin başladığını hiss etməlidir”.
Toplantıda Koordinasiya Qrupunun üçüncü görüşünün Birləşmiş Ərəb Əmirliklərində, dördüncüsünün isə Türkiyədə keçirilməsi qərarlaşdırılıb.

449