Qəddafinin tibb bacısı Norveçdən sığınacaq istəyib
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, mayın 4-də Qalina Kolotnitskaya Oslo şəhərində “Refstad” qəbul mərkəzində immiqrasiya polisi tərəfindən sorğu-sual edilib.
Norveç mətbuatının yazdığına görə, Qalina Kolotnitskaya həyatına təhlükə olduğunu əsas gətirərək ona sığınacaq verilməsini istəyib. Ukrayna Xarici İşlər Nazirliyi də Qalina Kolotnitskayanın Norveçdə qaçqınlar düşərgəsində olduğunu təsdiqləyib.

569