“Bin Laden ovçusu” 1 milyon dollar mükafat istəyir
Keçən il Pakistanda tapança və samuray qılıncı ilə gəzdiyi üçün saxlanılan, məqsədinin “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladeni “ovlamaq” olduğunu söyləməsi ilə KİV-in diqqətini çəkən ABŞ-ın Kolorado ştatının sakini Qeri Folkner indi mükafat tələb edir. Lent.az-ın “Fox News” telekanalına istinadən verdiyi məlumata görə, tikinti sahəsində fəhlə kimi çalışan Qeri Folkner ABŞ hökumətindən Üsamə bin Ladenin başı üçün ayrılmış mükafatın bir hissəsini istəyir.
Qeri Folkner hesab edir ki, o, bir neçə dəfə Üsamə bin Ladeni tapmaq və öldürmək üçün Pakistana getməsi “əl-Qaidə” liderinin tapılmasını və mayın 2-də amerikalı hərbçilər tərəfindən öldürülməsini asanlaşdırıb: “Mən Üsamə bin Ladeni dağdan aşağı enməyə məcbur etmişəm. O, başını qaldırıb və o anda da başı qoparılıb. Mən bu mükafata layiqəm. Bütün əmlakımı satmışam və özümün həyatımı təhlükə altında qoymuşam”.

435