ABŞ-ın ən nüfuzlu şirkətinin adı açıqlandı
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu siyahı “Harris Interactive” təşkilatının keçirdiyi sorğunun nəticələrinə əsasən tərtib olunub.
Sorğu çərçivəsində 30 mindən artıq respondentdən 60 daha çox tanınmış Amerika şirkətinin adını çəkmək, sonra isə bu şirkətləri 20 müxtəlif amillər, o cümlədən maliyyə göstəriciləri, sosial məsuliyyət və lider bacarıqları üzrə qiymətləndirmək xahiş olunub. Siyahının ikinci pilləsində “Johnson & Johnson”, növbəti pillələrində isə “3M Company” və “Berkshire Hathaway” şirkətləri yer alıblar.
Qeyd etmək lazımdır ki, reytinqin yuxarı yerlərində daha çox texnoloji şirkətlər qərarlaşıb. “Google”-dzn başqa burada “Apple” (5-ci yer), “Intel” (6-cı yer), “Amazon” (8-ci yer), “Sony” (14-cü yer) və “Microsoft” (16) kimi nəhənglərin adlarına rast gəlmək olar. Reytinqdə ilk dəfə yer alan “Facebook’ sosial şəbəkəsi siyahının dərhal ortalarında, yəni 31-ci pillədə qərarlaşıb.
Siyahının son yerlərində sığorta konqlomeratları, banklar, neft şirkətləri və avtomobil istehsalçıları təmsil olunur. Sonuncu pillədə isə vaxtı ilə ABŞ-ın ən iri sığorta şirkəti olan AIG yer alıb.

431