“Oğlu və üç nəvəsi öləndən sonra Qəddafi ilə görüşdüm...”
04 may 2011 13:39 (UTC +04:00)

“Oğlu və üç nəvəsi öləndən sonra Qəddafi ilə görüşdüm...”

Liviyada prezident Müəmmər Qəddafiyə sadiq qüvvələrin qiyamçılardan geri almağa cəhd göstərdiyi liman şəhəri Misratanın şərq bölgəsində şiddətli qarşıdurmalar yaşanır.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, şəhərdəki afrikalı köçkün fəhlələri çıxarmaq üçün göstərilən təşəbbüslər davam edir. Beynəlxalq Köçkünlər Təşkilatının işçilərin azad edilməsi üçün göndərdiyi gəmi hökumət qüvvələrinin bölgəyə mina yerləşdirməsi səbəbi ilə Mısrata limanına yanaşa bilmir. NATO gəmiləri minaları təmizləmə fəaliyyətini davam etdirir, təyyarələr isə Muəmmər Qəddafi qüvvələrinə aid hədəfləri bombalayır.

Zintana şəhərinə hücumlarını davam etdirən Qəddafi gücləri gecə şəhərə 40-dan çox raket atıb. Liviyalı müxaliflər isə qida və vəsait təminatı üçün ABŞ, Fransa və İtaliyadan 3 milyard dollar kredit tələb edib.

Bu arada BMT baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi Əbdül İlah əl Katib, tərəflərin irəli sürdüyü şərtlərin atəşkəsi qeyri-mümkün hala gətirdiyini bildirib. Əl Katib BMT Təhlükəsizlik Şurasına Liviyadakı vəziyyət barədə məlumat verib. Xüsusi nümayəndə, oğlu və üç nəvəsinin NATO-nun hücumunda öldürülməsindən sonra Müəmmər Qəddaafi ilə görüşdüyünü də bildirib: “Müəmmər Qəddafiyə bu hücumun Liviyada ən qısa müddətdə atəşkəs elan edilməsi və toqquşmalara son vermək üçün siyasi həll yolu tapılmasının vacibliyini ortaya qoyduğunu söylədim”.

Xüsusi nümayəndə müxalifətin atəşkəs üçün Müəmmər Qəddafinin postunu tərk etməsini şərt kimi irəli sürdüyünü, Liviya liderinin isə atəşkəs elan etmək üçün NATO-nun hücumlarının dayandırılmasını tələb etdiyini bildirib. BMT nümayəndəsi bu şərtlərin ölkədə atəşkəs elan edilməsini qeyri-mümkün hala gətirdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589

Oxşar yazılar