Fransa Senatı bu gün “erməni soyqırımı” layihəsini müzakirə edəcək
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, müxalifətdə olan Sosialist Partiyasının təşəbbüsü ilə keçirilən iclas saat 17:30 radələrində başlayacaq.
Qeyd edək ki, Senatın Konstitusiya Komissiyası aprelin 13-də qanun layihəsinin rədd edilməsi barədə qərar verib. Komissiyanın qərarında qeyd olunub ki, qanunverici orqan tarix yazmamalıdır və layihə Fransa Konstitusiyasına və ifadə azadlığına ziddir. Eyni zamanda qanun layihəsi qəbul olunarsa, Türkiyə-Fransa münasibətlərinə ciddi mənfi təsir göstərəcəyi vurğulanıb.
Fransa parlamentinin alt palatası olan Nümayəndələr Məclisi “erməni soyqırımı” layihəsini 13 noyabr 2006-cı ildə qəbul edib. Senat da layihəni qəbul edərsə, prezident Nikola Sarkoziyə imzalanmaq üçün təqdim ediləcək. Qanun qüvvəyə minərsə, Fransada qondarma “erməni soyqırımı”nı inkar etmək cinayət sayılacaq. Belə şəxsləri 1 il azadlıqdan məhrumetmə cəzası və 45 min avro cərimə gözləyir. Fransa hökuməti keçən həftə qanun layihəsinin Senatın gündəliyinə salınmasına qarşı olduğunu bildirib.
Xatırladaq ki, Fransa 2001-ci ildə qəbul etdiyi bir qanunla qondarma erməni soyqırımını rəsmən tanıyıb.

857