Üsamə bin Ladeninin öldürülən oğlunun adı açıqlandı
03 may 2011 12:16 (UTC +04:00)

Üsamə bin Ladeninin öldürülən oğlunun adı açıqlandı

0
“Əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenlə birlikdə öldürülən oğlunun adı açıqlanıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu, Üsamə bin Ladenin 19 yaşlı kiçik oğlu Həmzə olub.

Həmzə Üsamə bin Ladenin ən etibar etdiyi oğlu olub. Hələ 2008-ci ildə Həmzənin Üsamə bin Ladendən sonra “əl-Qaidə” terror təşkilatına rəhbərlik edəcəyi barədə Böyük Britaniya və digər Qərb dövlətlərinin kəşfiyyat orqanlarına məlumat daxil olub.

Həmzə Pakistanın sabiq baş naziri, müxalifət lideri Benəzir Bhuttonun ölümünün təşkilində də rol oynayıb. Hələ Benəzir Bhutto sağlığında yazdığı avtobioqrafiyasında da qeyd edib ki, Üsamə bin Ladenin bu yeniyetmə oğlu terror təşkilatında qrup lideridir və ona qarşı sui-qəsd planlaşdırır.

Həmzənin Londonda törədilən partlayışların üçüncü ildönümü ilə bağlı çıxışı da terrorçulara yaxın saytlarda yerləşdirilib. O, həmin müraciətində ABŞ, Böyük Britaniya, Fransa və Məhəmməd peyğəmbərin karikaturasının çəkildiyi Danimarkanı tezliklə fəlakətlə üz-üzə qoyacaqlarını bəyan edib.

“Əl-Qaidə”yə liderlik üçün hazırlanan Həmzənin atası ilə birlikdə öldürülməsi Qərbdə böyük xoşbəxtlik kimi dəyərləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 589

Oxşar yazılar