Əhmədinejad qayıtdı
02 may 2011 14:23 (UTC +04:00)

Əhmədinejad qayıtdı

Lent.az-ın “Fras” agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 22-dən işə gəlməyən Mahmud Əhmədinejad dünən Nazirlər Kabinetinin iclasını keçirib.


Qeyd edək ki, Mahmud Əhmədinejad aprelin 17-də İran kəşfiyyatının rəhbəri Heydər Moslehini tutduğu vəzifədən azad etsə də, dini lider Ayətulla Əli Xamneyi onu vəzifəsinə bərpa edib. Əli Xamneyinin iştirakı ilə Nazirlər Kabinetinin aprelin 22-də keçirilən iclasında da Mahmud Əhmədinejad iştirak etməyib. O, ictimaiyyət qarşısına çıxmayıb, Nazirlər Kabinetinin iki iclasına qatılmayıb, Qum şəhərinə planlaşdırılan səfərini ləğv edib. 300 millət vəkili Mahmud Əhmədinejadı Əli Xamneyinin iradəsinə hörmət etməyə çağırıb. Deputat qrupu şənbə günü Mahmud Əhmədinejadla görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605

Oxşar yazılar