Bin Ladenin oğlu da öldürülüb
02 may 2011 12:01 (UTC +04:00)

Bin Ladenin oğlu da öldürülüb

Lent.az-ın verdiyi məlumata görə, “France-Presse” agentliyi ABŞ administrasiyasında mənbəyə istinadən belə məlumat yayıb.

Üsamə bin Ladenin 19 övladı var. Öldürülən oğlunun adı açıqlanmır. Bin Laden və oğlu ilə bərabər, amerikalı hərbçilərin keçirdiyi əməliyyat zamanı 2 kişi və 1 qadın da öldürülüb. İki qadın isə yaralanıb.

Xüsusi əməliyyat İslamabaddan 100 kilometr kənarda yerləşən Abbottabad şəhərində həyata keçirilib. Üsamə bin Ladenin olduğu bina 4 metrlik hasarla əhatə olunub. Pakistan ABŞ-a hava məkanından istifadə etməyə icazə verib. “Əl-Qaidə” liderini öldürmək üçün 2 pilotsuz təyyarədən istifadə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar