9 qat olimpiya çempionunu deputat olmağa qoymadılar
27 aprel 2011 10:53 (UTC +04:00)

9 qat olimpiya çempionunu deputat olmağa qoymadılar

0
Lent.az-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, buna Lüisin namizədliyini irəli sürdüyü anadək 4 il müddətində ştatda yaşamaması səbəb olub.

Quadanyo bu addımı belə izah edib: “Lüis 4 il öncə Nyu-Cersidə daşınmaz əmlaka malik olmayıb, ştatda yaşamayıb, yerli büdcəyə vergi ödəməyib, seçkilərdə səs vermək üçün qeydiyyatdan keçməyib və bizneslə məşğul olmayıb”.

49 yaşlı idmançının vəkili dövlət katibinin qərarından şikayət edəcəyini bildirib. Çünki daha öncə Nyu-Cersinin inzibati məhkəməsi Lüisin Demokrat Partiyasından senata seçkilərə namizədliyini irəli sürməsinə icazə verib. İdmançı iyulun 7-nə nəzərdə tutulan seçkidə Berlinqton dairəsindən namizədliyini vermək istəyib. Hazırda həmin dairəni senatda respublikaçı Don Addieqo təmsil edir.

Qeyd edək ki, Karl Lüis 9 qat olimpiya, 8 qat dünya çempionudur. O, 2011-ci ilin aprelində siyasi karyeraya başlamaq istəyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 662

Oxşar yazılar