Liviyada 16 jurnalist yoxa çıxıb
27 aprel 2011 10:39 (UTC +04:00)

Liviyada 16 jurnalist yoxa çıxıb

0
Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, bunu mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi bəyan edib.

Həbsxanada saxlanılanlar arasında 3 amerikalı – fotoqraf Ceyms Foli, qəzet jurnalistləri Kler Morqan Cillis və Mettyu Vandayk var. Bu jurnalistlər Tripolidə həbsxanada saxlanılırlar. Bu jurnalistlər dövrü olaraq qohumlarına zəng açır, sağ olduqlarını, yaxşı şəraitdə saxlanıldıqlarını bildirirlər.

Liviya hakimiyyəti əsasən xarici ölkə jurnalistlərini həbs edir və bir müddət sonra azadlığa buraxır. Həbsxanaya düşən jurnalistlərin də qohumlarına zəng etmək imkanı var. Ancaq 6 liviyalı jurnalistdən heç bir xəbər yoxdur və ona görə də 6 jurnalist itkin düşmüş sayılır.

Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, 2011-ci ilin ötən dövrü ərzində dünyada 11 jurnalist həyatını itirib. Jurnalistlər üçün ən təhlükəli məkan hazırda döyüşlərin getdiyi Liviyadır. Bu ölkədə 4 jurnalist öldürülüb. Bu il 3 jurnalist İraqda, 2 jurnalist Bəhreyndə öldürülüb. Meksika, Misir, Tunis, Pakistan, Vyetnam, Yəmən və Filippində isə 1 jurnalist həyatını itirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 601

Oxşar yazılar